Aviaqəzalarda sağ qalmağı bacaranlar  

13:14 12.01.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə İndoneziyada baş verən təyyarə qəzası nəticəsində 60-dan artıq insanın həlak olması yenidən diqqəti aviaqəzalarla bağlı maraqlı məlumatlara yönəldib. Hafta.az bu dəfə aviaqəzalarda sağ qalmağı bacaran insanlardan söz açacaq:

12 avqust 1985-ci il

Yaponiyada həmin vaxta qədər miqyasına görə dünyanın ən ağır aviaqəzası baş verir.  «Boeing-747SR» layneri Tokiodan Osakaya doğru hərəkət edirdi. Təyyarədə ekipaj üzvləri ilə bərabər 524 sərnişin də var idi. Bir müddət sonra təyyarədə yaşanan nasazlıq səbəbindən salonda təzyiq aşağı düşür və hidravlik sistemlərin hamısı sıradan çıxır. Nəticədə təyyarə Takamaqaxara dağı ətrafında qəzaya uğrayır. Xilasedicilər yalnız bir gün sonra əraziyə çata bilirlər. 500-dən artıq sərnişin arasında yalnız 4 nəfər - 24 yaşlı stüardessa Ömi Otiai, 34 yaşlı Xiroko Yosidzaki və 8 və 12 yaşlı qızları Mikiko ilə Kgyko Kavakamini sağ tapırlar. İlk üç nəfəri yerdə, 12 yaşlı Keykonu isə ağacın başında aşkarlayılar. Uçuş müddətində onların hamısı təyyarənin quyruq hissəsində olub. Yaponiyada sağ qalanları "xoşbəxt dördlük" adlandırırlar.

24 avqust 1981-ci il

Tələbə Larisa Savitskaya əri Vladimir ilə toy səyahətindən qayıdırdı. “An-24” təyyarəsi Amurdan Blaqoveşensk istiqamətində uçurdu. 5200 metr hündürlükdə təyyarə “Tu-16” bombardmançısı ilə toqquşur. Larisa təyyarənin quyruq hissəsində güclü zərbə və salonda çıxan yanğın səbəbindən oyanır. Təyyarənin sağ qalan hissəsi quru əraziyə düşür və qız bir neçə saatlıq huşunu itirəndən sonra ayılaraq sərbəst şəkildə hərəkət edə bilir. Larisa bu qəzada sağ qalan yeganə sərnişin olur. Qəza nəticəsində Larisa bütün dişlərini itirir, qabırğaları sınır və kəllə-beyin travması alır.

26 yanvar 1972-ci il

Yuqoslaviyaya məxsus “Douglas DC-9” sərnişin təyyarəsi Kopenhagen-Zaqreb reysi ilə uçduğu zaman 10 160 metr hündürlükdə qəflətən partlayır. Partlayışa səbəb xorvat terrorçular tərəfindən təyyarəyə gizlədilən bomba olur. Qəzada yeganə sağ qalan şəxs 22 yaşlı stüardessa Vesna Vuloviç olur. Halbuki o, bu təyyarədə olmalı deyildi. Qız həmkarı Vesna Nikoliçin yerinə işə çıxmışdı.

Təyyarənin qalıqları qarla örtülü ağacların üzərinə düşür ki, bu da zərbənin gücünü azaldır. Xilas olan stüardessa xəstəxanaya çatdırılsa da, 27 gün komada qalır, daha sonra isə 16 ay əlil arabasına məhkum olur. 1985-ci ildə isə Vesna paraşütsüz ən hündürdən tullanma üzrə Ginnesin Rekordlar Kibatına düşür. Sertifikatı isə ona Beatles qrupunun üzvü Pol Makkartni təqdim edir.